Avqust ayında Rusiya əsirliyindən azad edilən 10 ukraynalı hərbçi əsirlikdə yaşadıqlarını və evə qayıtdıqdan sonrakı ilk günləri barədə danışıblar.
Herbiand.az bildirir ki, onların hekayələri azad edildikdən sonra çəkilmiş yeni bir videoda toplanıb.
Onlar mübadilədən əvvəl rəsmi olaraq itkin düşmüş hesab edilirdi. İki nəfər 2024-cü ildən, səkkiz nəfər isə 2025-ci ildən bəri itkin düşmüş sayılırdılar. Azad edilənlər arasında Donetsk istiqamətində döyüşən Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyasının hərbçiləri də olub. Onlar Rusiya ilə mübadilə nəticəsində 24 avqustda Ukraynaya qayıdıblar.
Bəxtiyar CƏFƏRLİ