Advertisment

Zaqatalada hiss edilən zəlzələ olub

Zaqatala rayonunda zəlzələ baş verib.

Bu barədə Herbiand.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 14:51-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,1 olub.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar episentrdə 4 bal hiss olunub.