Advertisment

Bakının bir sıra yollarında sürət həddi endirilib

Yağışlı hava ilə əlaqədar Bakının bir sıra yollarında sürət həddi endirilib.

Herbiand.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospektindən Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə 20 km/saat azaldılıb.

NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, bütün tablolarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.