Amur bölgəsində qəzaya uğrayan Tu-95 uzaqmənzilli raket daşıyan bombardmançı təyyarənin ekipajı nəqliyyat vasitəsini yaşayış binalarından uzaqlaşdırıb.
Herbiand.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi regional hökumətə istinadən məlumat verib.
"Tu-95 hərbi təyyarəsi Krasnoyarovo yaxınlığında təlim uçuşu zamanı qəza enişi edib. Ekipaj təyyarəni yaşayış binalarından uzaqlaşdırmaq üçün əlindən gələni edib", - məlumatda deyilir.
Qeyd edək ki, dünən Tu-95 strateji bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə yaşayış olmayan əraziyə düşüb. İlkin məlumatlara görə, altı ekipaj üzvü həlak olub, biri yaralanıb və tibb müəssisəsinə təxliyə edilib. Təyyarədə sursat olmayıb.
Bəxtiyar CƏFƏRLİ