İranın Məşhəd şəhərində yanvar ayında keçirilən etirazlarla bağlı iki nəfərin edam hökmü icra olunub.
Bu barədə İranın Məhkəmə Hakimiyyətinə bağlı “Mizan” agentliyi məlumat yayıb.
Məlumata görə, Əli Həmməti və Məcid Nikəndiş Məşhəddə etirazlar zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşının ölümündə və digər əməllərdə ittiham olunublar.
Onların barəsində çıxarılmış ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər icra edilib.
APA