Advertisment

Xırdalanda 14 gün əvvəl xəsarət alan şəxs xəstəxanada ölüb

Abşeron rayonunda 2 həftə əvvəl xəsarət alan şəxs xəstəxanada ölüb.

Herbiand.az xəbər verir ki, sentyabrın 16-da Xırdalan şəhər sakini 1986-cı il təvəllüdlü M.Zadorkin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş M.Zadorkin sentyabrın 30-da ölüb.

Araşdırma aparılır.