Ukrayna hava hücumundan müdafiə sistemi ilk dəfə olaraq Rusiyanın "Şahed" reaktiv dronlarının 80%-dən çoxunu vurub.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) məlumat verib.
"30 sentyabr günü (saat 6:30-dan 18:30-dək) düşmən Ukraynaya 285 hücum PUA-sı (bunlardan 174-ü reaktiv), "Qerber" və digər növ dronlarla hücum edib", - HHQ-dən bildirilib.
İlkin məlumatlara görə, bu dövrdə hava hücumundan müdafiə qüvvələri 254 PUA-nı (bunlardan 146-sı reaktiv) vurub və ya susdurub.
"Bundan əlavə, şərq istiqamətində düşmən ballistik raket və bir neçə “Banderol”/“Dan-T” raketi ilə zərbə endirib. Məlumat dəqiqləşdirilir", - qurum vurğulayıb.
Qeyd etmək lazımdır ki, əvvəllər müvafiq rəqəm ancaq 40-50%-ə çatırdı.
Bəxtiyar CƏFƏRLİ