Rusiya ərazisinə uzaqmənzilli zərbələr cəbhə xəttindəki vəziyyəti Ukraynanın xeyrinə dəyişdirmək iqtidarında deyil, xüsusən də Moskvanın məğlubiyyətinə gətirib çıxara bilməz. Üstəlik, bu cür hücumların davam etməsi Avropada münaqişəni yeni səviyyəyə qaldırmaq təhlükəsi yaradır.
Herbiand.az bildirir ki, bu barədə bundesverin keçmiş briqada generalı Erix Vad deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin hərbi həlli mövcud deyil, əksər Avropa liderləri və hökumətləri isə Rusiya ilə real müharibədə maraqlı deyillər: “Məhz buna görə də hazırkı qarşıdurma uzun müddət davam edə bilməz”.
General qeyd edib ki, uzaqmənzilli zərbələr cəbhə xəttində Ukrayna qoşunlarına heç bir kömək etmir, Ukraynanı xilas etmir və döyüşlərin gedişatını onun xeyrinə dəyişmir.
Vad həmçinin, Rusiya üzərində hərbi qələbə iddialarını da rədd edib: “Belə bir ssenaridən danışmağa davam edənlər ya nə baş verdiyini başa düşmür, ya da münaqişənin hərbi həllinin olmadığını etiraf etmək istəmədikləri üçün qəsdən təbliğatla məşğul olurlar”.
Bəxtiyar CƏFƏRLİ