Advertisment

Hərbçilər üçün innovativ qoruyucu vasitələr yaradılıb

Rusiyada hərbçilər üçün innovativ qoruyucu vasitələr hazırlanıb. Bu, əsgərin yalnız normal işıqda deyil, həm də istilik radiasiyasında görünürlüyünü azaltmaq üçün nəzərdə tutulub.

Herbiand.az bildirir ki, bu barədə "Rossiyskaya qazeta" tərəfindən məlumat dərc edilib.

Məqalədə qeyd olunur ki, KOMBRIQ kostyumları bölmələrin əraziyə daha yaxşı uyğunlaşmasına, eyni zamanda bədən istiliyini udmasına və ətraf mühitin temperaturunu əks etdirməsinə imkan verir. Nəticədə, sınaqlar göstərib ki, əsgərin görünürlüyü 100 metrdən təxminən yarıya, 400 metrdən isə beş dəfəyə qədər azalır.

Bu xüsusiyyətlər, təbii örtüyün demək olar ki, olmadığı açıq ərazilərdə xüsusilə vacibdir. Təxminən 400 metr məsafədə rus əsgərləri dəqiq atəş aça bilirlər və bu da düşmənə hədəfi aşkar etmək üçün daha az vaxt verir.

KOMBRIG kostyumu bütün mövsümlər üçün nəzərdə tutulub. Kostyum nisbətən yüngül qalır və 2 kiloqramdan çox deyil.

Bəxtiyar CƏFƏRLİ