Advertisment

“Connecticut” sualtı qayığının xidmətə qayıtması təxirə salınıb

ABŞ Hərbi Dəniz Qüvvələri “Seawolf” sinifli “Connecticut” nüvə sualtı qayığının təmir müddətini 2027-ci ilə qədər uzadıb. Əvvəllər işlərin 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılırdı.

Herbiand.az bildirir ki, bu barədə TWZ nəşri yazıb.

Nəşr qeyd edib ki, sualtı qayıq 2021-ci ildə Cənubi Çin dənizində sualtı obyektlə toqquşma nəticəsində zədələnib, xüsusən də burnuna ciddi ziyan dəyib.

Hesabatda göstərilir ki, yeni cədvələ əməl olunsa belə, artıq xidmət müddətinin sonuna yaxınlaşan sualtı qayığın istifadəsi təxminən 4 il olacaq. Onun tamamilə istismardan çıxarılması 2031-ci ilə planlaşdırılıb.

Bəxtiyar CƏFƏRLİ