Advertisment

Yaponiyanın müharibə hazırlığı qonşuda narahatlıq yaratdı

“Yaponiyanın əlavə olaraq təxminən 130 sursat anbarı tikmək planı Tokionun uzunmüddətli müharibəyə hazırlaşdığını göstərir”. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi yaydığı analitk məqalədə bildirilib.

“Əlavə arsenalın formalaşdırılması və anbarların yaradılması uzunmüddətli müharibə aparmaq qabiliyyətinin artırılması deməkdir” - deyə, analitik yazıda qeyd olunub.

Agentliyin məlumatında bildirilir ki, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 1,4 min sursat anbarı var. 2032-ci ilə qədər daha 130-a yaxın anbarın tikilməsi planlaşdırılır. Onlardan 65-nin tikiləcəyi yerlər artıq müəyyən edilib, 3 obyektin tikintisi isə 2026-cı ilin avqustuna qədər başa çatdırılıb.

Məlumatda həmçinin bildirilir ki, hərbi xərclərin artırılması, uzaqmənzilli silahların və pilotsuz sistemlərin hazırlanması, eləcə də süni intellektdən istifadənin genişləndirilməsi Tokionun müdafiə hazırlıqlarını gücləndirdiyini göstərir.

E.Cəfərli