Advertisment

Sankt-Peterburqda “Aleksandrit” tipli 12-ci minaaxtaran gəmi suya salınıb

Sredne-Nevski gəmiqayırma zavodu ən yeni dəniz minaaxtaran gəmisi olan “Semyon Aqafonov”u suya salıb.

Herbiand.az bildirir ki, bu, Rusiya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış “Aleksandrit” tipli 12-ci mina əleyhinə gəmidir.

Bu sinif gəmilər əsasən dəniz bazaları ətrafındakı sularda minaların axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub. Onlar həm göyərtədə, həm də məsafədən idarə olunan və avtonom sualtı nəqliyyat vasitələrində yerləşən hidroakustik stansiyalarla təchiz olunublar. Eyni zamanda, minaaxtarma silahlarından da istifadə etmək mümkündür.

Gəminin uzunluğu 61 metr, eni 10 metrdir. Heyəti 40 nəfərdən çoxdur.

Bəxtiyar CƏFƏRLİ