Advertisment

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

İngiltərənin “Nyukasl” klubu azarkeşlərin səsverməsi ilə seçilmiş yeni loqosunu təqdim edib.

Herbiand.az klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni emblem bu gündən etibarən mərhələli şəkildə istifadə olunacaq.

Loqo komandanın 2027/2028-ci illər mövsümündə geyinəcəyi formalarda yer alacaq.

Qeyd edək ki, əvvəlki loqo 1988-ci ildən etibarən istifadə olunurdu.