Advertisment

“Kalaşnikov” xarici müştəriyə snayper tüfəngləri göndərib

“Kalaşnikov” konserni xarici müştəri ilə müqavilə çərçivəsində 7.62 mm-lik modernləşdirilmiş SVDM snayper tüfənglərinin bir partiyasını təhvil verib.

Herbiand.az bu barədə şirkətin mətbuat xidmətinə istinadən bildirir.

Qeyd olunub ki, məhsullar sifarişçiyə vaxtında göndərilib: "Tüfəng 800 metrə qədər məsafədə şəxsi heyəti və zirehsiz düşmən hədəflərini vurmaq üçün nəzərdə tutulub. Məhsul xarici tərəfdaşlar arasında yüksək tələbatdadır".

Bəxtiyar CƏFƏRLİ