Advertisment

Cənubi Koreyada “Aegis” sistemi ilə təchiz olunmuş 6-cı esmines suya endirilib

Ulsan şəhərindəki Hyundai Heavy Industries (HHI) gəmiqayırma zavodunda “Daeho Kim Jong So” esminesi suya salınıb.

Herbiand.az bildirir ki, mərasimdə hökumət, hərbi və gəmiqayırma şirkətlərinin təxminən 350 nümayəndəsi iştirak edib.

Esmines Coson sülaləsinin ilkin dövründə Koreyanın şimal sərhədlərini genişləndirən bir generalın adını daşıyır.

Arsenala 80 SM-2 yer-hava raketi, 16 SSM-700K gəmi əleyhinə raket (Cənubi Koreya LIGNex1), 32 Hyunmoo-III qanadlı raket (1500 km-ə qədər mənzilli) və K-SAAM yer-hava raket sistemi daxildir. Gəmilər həmçinin, 127 mm-lik Mk.45 top dəsti, 324 mm-lik torpedo boruları və 30 mm-lik CIWS zenit top sistemi ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ