Advertisment

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Cari il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar təşkil edib.

Herbiand.az AMB-yə istinadla xəbər verir ki, bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 62,1 milyon dollar çoxdur.