Advertisment

Putin "Mərkəz 2026" təlimlərinin əsas məqsədini açıqlayıb

"Mərkəz 2026" və "Qarşılıqlı Əlaqə 2026" təlimlərinin əsas məqsədi xarici təhdidlərə qarşı mübarizə aparmaqdır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısı deyib ki, Silahlı Qüvvələrin təlim planına uyğun olaraq "Mərkəz 2026" strateji komandanlıq və qərargah təlimi keçirilir: “Bu təlimlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində "Qarşılıqlı Əlaqə 2026" komandanlıq və qərargah təlimi ilə birgə keçirilir”.

O, bildirib ki, "Mərkəz 2026" təlimində 47 mindən çox hərbi qulluqçu iştirak edir, 11 təlim poliqonunda və Xəzər dənizində tapşırıqlar yerinə yetirilir: "Təlimlərin əsas məqsədi bütün səviyyələrdə komandanlıq heyətinin qoşunlara komandanlıq etmək bacarıqlarını artırmaq və eyni zamanda xarici təcavüzü dəf etməkdir".

Bəxtiyar CƏFƏRLİ