Putin sentyabrın 28-dən oktyabrın 3-dək keçirilən “Mərkəz-2026” hərbi təlimlərini də izləyib.
Təlimlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində keçirilən “Qarşılıqlı fəaliyyət-2026” komanda-qərargah təlimləri ilə paralel təşkil olunur.
Məlumat verilib ki, ümumilikdə, təlimlərdə 51 dövlətin nümayəndələri iştirak edir. Azərbaycan, Əlcəzair, Əfqanıstan, Vyetnam, Misir, Hindistan, İndoneziya, Şimali Koreya, Qətər, Kamboca, Kuba, Küveyt, Laos, Liviya, Maldiv adaları, Malayziya, Mali, Myanma, Namibiya, Niger, Nigeriya, Nikaraqua, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Uqanda, Özbəkistan, Mərkəzi Afrika Respublikası, Efiopiya, Abxaziya, Cənubi Afrika Respublikası və Cənubi Osetiya təlimlərə öz müşahidəçilərini göndərib.
Aydın